Çinin neft idxalı 27 aylıq minimuma enib

Çinin neft idxalı 27 aylıq minimuma enib
# 14 yanvar 2021 10:03 (UTC +04:00)

2020-ci ilin dekabr ayında Çinin gündəlik xam neft idxalı 9,096 mln. barel və ya 38,47 mln. ton təşkil edərək, son 27 ayın minimumuna enib.

"APA-Economics"in "S&P Global Platts"a istinadən verdiyi məlumata görə, sonuncu dəfə bundan aşağı göstərici 2018-ci ilin sentyabr ayında qeydə alınmışdı. Həmin ay gündəlik idxal 9,092 mln. barelə bərabə olub.

İllik göstəricilər gəldikdə, 2020-ci il ərzində Çinin ümumi xam neft idxalı 7% artaraq gündəlik 10,86 mln. barel təşkil edib.

Ekspertlər qeyd edir ki, dekabrda xam neft idxalının azalması gözlənəndən daha kəskin olub və bunun əsas səbəbləri kimi, idxal kvotalarının çatışmazlığını və rezervlərdən daha çox istifadə edilməsini göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR