Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 51%-dən çox artıb

#
# 12:35
16 aprel 2021

Bu ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 9 811,0 mln. kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8% çoxdur.

Qazın nəqlinin 46,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4539,8 mln. kub-metr qaz ötürülüb. Bu göstərici 2020-ci ilin ilk rübünün nəticələrini 51,4% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR