Cənubi Qafqaz kəmərinin orta gündəlik ötürücülük gücü 16% artırılıb

Cənubi Qafqaz kəmərinin orta gündəlik ötürücülük gücü 16% artırılıb
# 16 noyabr 2020 11:43 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 35 mln. ABŞ dollarından artıq olub. 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə bu göstərici 6,1% artıb.

APA-Economics”in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin I rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövrü CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 8 mln. dollar olub (3,5 dəfə azalma).

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Hesabata əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,6 mln. kubmetr olub, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artım deməkdir.

CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “SOCAR Midstream Operations” isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “SGC Midstream” (6,7%), PETRONAS (15,5%), LUKOYL (10%), NIKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR