Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Dünyada neft-qaz qazma qurğularının sayı azalıb
# 01 may 2020 16:34 (UTC +04:00)

Bu ilin aprel ayında dünyada neft və qazın hasilatı üçün lazım olan qazma qurğularının sayı mart ayına nisbətən 450 ədəd azalaraq (23% azalma) 1 514 vahid təşkil edib.

Bu barədə "APA-Economics" neft sənayesi xidmətlərinin göstərilməsində ixtisaslaşmış "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, 2019-cu ilin aprelində qazma qurğuların sayı 2 140 ədəd təşkil edirdi (626 ədəd və ya 29% azalma).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR