EIA 2020-2021-ci illər üzrə "Brent" və WTI neftlərinin qiymət proqnozunu azaldıb

EIA 2020-2021-ci illər üzrə "Brent" və WTI neftlərinin qiymət proqnozunu azaldıb
# 11 noyabr 2020 09:55 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə "Brent" markalı neftin bir barelinin orta qiymətinin 40,61 ABŞ dolları olacağını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 1,41% azdır.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, əvvəlki proqnoza əsasən, bu il "Brent" markalı neftin orta qiymətinin 41,19 dollar olacağı gözlənilirdi.

Məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 46,59 dollar səviyyəsində olacağı gözlənilir. Bu, ötən proqnozdan 1,02% azdır.

Agentlik WTI markalı neftin bu il orta qiymətinin 38,24 dollar (1,34% azalma), 2021-ci ildə isə 44,24 dollar (1,07% azalma) səviyyəsində olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR