EIA "Brent" neftinin orta qiyməti üzrə proqnozu artırıb

#
# 09:45
8 iyul 2020

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 40,5 ABŞ dolları (bir barel üçün) təşkil edəcək. Bu, EIA tərəfindən verilən iyun proqnozu ilə müqayisədə 2,5 dollar çoxdur.

"APA-Economics"in EIA-ya istinadən verdiyi məlumata görə, ötən il bu göstərici 64,37 dollara bərabər olub.

Agentlik bildirir ki, 2021-ci ildə "Brent" neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 50 dollara yüksələcək, bu da ötən ay verilən proqnoz göstəricisi ilə müqayisədə 2 dollar çoxdur.

EIA-in proqnozuna əsasən, 2021-ci ilin axırında "Brent"in qiyməti 53 dollaradək yüksələcək.

WTI markalı neftin orta qiyməti Agentlik tərəfindən 2020-ci il üçün 37,55 dollar səviyyəsində proqnozlaşdırılır. Gələn il bu göstəricinin 45,7 dollar səviyyəsində olacağı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR