Ekspert: "SOCAR xaricdə fəaliyyət göstərdiyi ölkələrin qanunları ilə işləyir"

Ekspert: "SOCAR xaricdə fəaliyyət göstərdiyi ölkələrin qanunları ilə işləyir"
# 05 fevral 2020 17:28 (UTC +04:00)

"Azərbaycan cəmiyyəti Gürcüstanın Azərbaycan üçün nə olduğunu və Gürcüstanın Azərbaycan üçün hazır ki şəraitdə nə dərəcədə əhəmiyyətli bir ölkə olduğunu bilməli və özü üçün dəyərləndirilməlidir".

"APA-Economics"in məlumatına görə, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın faktiki olaraq valyuta gəlirlərinin 90%-i Gürcüstan üzərindən əldə edilir: "Yəni hazırda Azərbaycanın iki ixrac neft kəməri və iki ixrac qaz kəməri Gürcüstan üzərindən dünya bazarlarına yönəlib. İkinci bir tərəfdən Azərbaycanın neft məhsullarının dünya bazarına çıxışı Qara dənizin Gürcüstan sahilindəki Kulevi terminalı vasitəsilə həyata keçirilir. Yəni biz öz neft məhsullarımızı Novorossiysk limanından satmırıq. Neft məhsullarının 100%-ni Gürcüstanda və Gürcüstan üzərindən satırıq".

Ekspert deyir ki, digər tərəfdən, Azərbaycan hazırda öz təbii qazını diversifikasiya edir: "Əgər biz neftimizin 95%-ni xam şəkildə satırıqsa, təbii qazımızın bir hissəsini emal müəssisələrinə yönəldirik. Qazdan əlavə dəyər vergisinə çevirib, onu digər bazarlara çıxarırıq və metanol, karbamid kimi məhsullar da Gürcüstan üzərindən dəmir yolu vasitəsilə dünya bazarına çıxarılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də mövcuddur ki, burada da yüklər Gürcüstan üzərindən keçir".

İ. Şaban bildirib ki, bunun üçün də Gürcüstan qonşu və tranzit ölkə kimi Azərbaycan üçün həddən artıq önəmli ölkədir: "Bu gün Azərbaycanın Ermənistanla olan münaqişə səbəbindən Gürcüstan Azərbaycan üçün bir pəncərədir. Bu pəncərə əvvəlcə baca idi, daha sonra qarıya çevriləcək. Çünki bu gün Azərbaycanın alternativi yoxdur. Biz İran üzərindən dünya bazarına çıxışımızı özümüzdə olan məhsul vasitəsilə faktiki olaraq həyata keçirə bilmirik. Fars körfəzində bizim satacağımız və realizə edəcəyimiz çox məhdud məhsulumuz var. Rusiya üzərindən isə bizim realizə etdiyimiz əsas məhsullar isə kənd təsərrüfatı məhsullarıdır ki, onun həcmi ümumi ixracda 3% təşkil edir. Bu gün Azərbaycanın ixrac etdiyi neft və neft məhsullarının ixracı 92% təşkil edir ki, o da əsasən Qərb marşrutu ilə həyata keçirilir".

Mərkəzin rəhbəri onu da qeyd edib ki, Azərbaycan 2021-ci ildən Heydər Əliyev adına Neft Emalı Zavodunu artıq Avropa standartlarına uyğun səviyyəyə gətirəcək: "Orada istehsal ediləcək neft məhsulları da regional bazar olan Gürcüstanda satılacaq. Orada istehsal ediləcək "Euro-5" benzini və dizel də Gürcüstan bazarında realizə edilməsinə cəhd olunacaq. Çünki qiymət və logistika baxımından Azərbaycan bu bazarı ələ almalıdır. Əgər bu gün Azərbaycan neft məhsulları ixracından ildə 500 mln. dollar qazanırsa, biz bu qazancı daha bir milyard dollar artıra bilərik. Gürcüstanın neft məhsulları bazarı da təqribən 600 mln. dollar təşkil edir. Belə olan tərzdə Gürcüstandakı bütün təbəqələrlə və oradakı cəmiyyətin rəğbətini qazanmalıyıq. İkinci tərəfdən, bu gün SOCAR Gürcüstanın bir nömrəli vergi ödəyicisidir. Bu gün onun Türkiyədəki törəməsi "SOCAR Turkey Energy" Türkiyə qanunları ilə işləyir. Çünki SOCAR artıq orada özünü Azərbaycan şirkəti kimi göstərməməlidir. Bu gün SOCAR Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrdə çalışır. Təbii ki, SOCAR həmin ölkələrin qanunları və həmin ölkənin tələbləri ilə işləyir. Bazar isə tamamilə başqa qaydaları diktə edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR