GECF: Qlobal qaz tələbatı 2050-ci ilə 50% artacaq

GECF: Qlobal qaz tələbatı 2050-ci ilə 50% artacaq
# 11 noyabr 2020 17:19 (UTC +04:00)

Qlobal təbii qaz tələbatının 2050-ci ildə 5 920 mlrd. kubmetrə çatacağı və 2019-cu ilin göstəricisi ilə müqayisədə 50% artacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Yuri Sentyurin GECF-in "COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri" mövzusunda Nazirlərin Dəyirmi Masasında təqdimatında qeyd edib.

Təqdimat zamanı o qeyd edib ki, 2019-cu ildə dünyada qaza olan tələbat 3 950 mlrd. kubmetr səviyyəsində olub.

Y. Sentyurinin sözlərinə görə, qaza olan qlobal tələbat artımının 75%-i Asiya və Sakit okean, Şimalı Amerika və Orta Şərq regionlarının payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR