Gələn ay Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək

Gələn ay Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək
# 22 yanvar 2020 15:32 (UTC +04:00)

Fevralın 28-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək.

Bu barədə "APA-Economics"ə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Nazirlikdən veriləm məlumata görə, sözügedən tədbirdə iştirak etmək məqsədilə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun da Azərbaycana səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu il "Cənub Qaz Dəhlizi"nin tam işə düşəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR