"Goldman Sachs" neftin qiyməti üzrə proqnozunu endirib

"Goldman Sachs" neftin qiyməti üzrə proqnozunu endirib
# 04 mart 2020 12:45 (UTC +04:00)

ABŞ-ın “Goldman Sachs” bankı bu ilin II rübü üzrə “Brent” markalı neftin bir bareli üçün olan qiymət proqnozunu endirib.

APA-Economics”in “Goldman Sachs”a istinadən verdiyi məlumata görə, bank “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 47 ABŞ dollar olacağını proqnozlaşdırır. Əvvəlki proqnoza görə, bu göstəricinin 57 dollar olacağı gözlənilirdi.

Bank aprel ayında “Brent”in orta qiymətinin 45 dollar olacağını və ilin sonuna 60 dollara qədər yüksələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Çində və dünyada koronavirusun (2019-nCoV) yayılması dünya bazarlarında neftin ucuzlaşmasına səbəb olub.

Xatırladaq ki, “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsü) Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bununla yanaşı, Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib.

“OPEC+” çərçivəsində martın 5-6-da Vyanada nazirlərin görüşü keçiriləcək və burada neft hasilatının hazır ki vəziyyətdə saxlanılması və ya azaldılması barədə qərar veriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR