Gürcüstan Azərbaycana dərman vasitələrinin ixracını kəskin azaldıb

Gürcüstan Azərbaycana dərman vasitələrinin ixracını kəskin azaldıb
# 21 aprel 2020 11:56 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana ölçülmüş dozada dərman vasitələri ixracı illik müqayisədə 117,9 ton və 2,1 dəfə azalaraq 103,2 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulun dəyəri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə və ya 5 627 min ABŞ dolları azalaraq 2 518,1 dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart ayları ərzində isə Gürcüstan Azərbaycana 8 145,1 min dollar dəyərində 221,1 ton ölçülmüş dozada dərman vasitələri ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR