Gürcüstan Azərbaycandan dəmir və polad çubuqlarının idxalını 55% artırıb

Gürcüstan Azərbaycandan dəmir və polad çubuqlarının idxalını 55% artırıb
# 21 aprel 2020 12:05 (UTC +04:00)

Bu ilin I rübündə Gürcüstanın Azərbaycandan dəmir və polad çubuqların idxalı illik müqayisədə 2 862,5 ton və ya 54,6% artaraq 8 104,6 tona çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Bildirilib ki, yanvar-mart ayları ərzində idxal edilən məhsulun ümumi dəyəri 3 697,7 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 214,3 min dollar və ya 49% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 2 483,4 min dollar dəyərində 5 242,1 ton dəmir və polad çubuqlar idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR