Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb
# 20 oktyabr 2020 10:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 23 449,3 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, bu göstərici illik müqayisədə 17 457,5 min dollar və ya 42% azdır. Belə ki, 2019-cu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan 40 906,8 min dollarlıq elektrik enerjisi idxal edib.

Qeyd edək ki, Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 450,184 mln. kVt-saat elektrik enerjisi idxal edib. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 370,686 mln. kVt-saat və ya 45% azdır.

Xatırladaq ki, Azərbaycan Energtika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 450,2 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR