Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını bu il iki dəfə azaldıb, Rusiyadan idxalı isə kəskin artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını bu il iki dəfə azaldıb, Rusiyadan idxalı isə kəskin artırıb
# 18 sentyabr 2020 14:35 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 448,7 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) yenilənmiş hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici illik müqayisədə 311,8 mln. kVt-saat və ya 2 dəfə azdır. Belə ki, ötən ilin ilk 8 ayı ərzində Gürcüstan Azərbaycandan 760,538 mln. kVt-saat elektrik enerjisi idxal edib. Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 53,7%-ni təşkil edib. Gürcüstanın elektrik enerjisi idxalının 46,3%-i isə Rusiyanın payına düşüb – 386,5 mln. kVt-saat. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Belə ki, ötən ilin ilk 8 ayında Gürcüstan Rusiyadan 74,651 mln. kVt-saat elektrik enerjisi idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR