Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 40% azaldıb

Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 40% azaldıb
# 21 aprel 2020 11:23 (UTC +04:00)

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 23 544,9 ton neft və neft məhsulları idxal edib ki, bu da illik ifadədə 15 852,2 ton və ya 40,2% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulun dəyəri isə illik ifadədə 11 995,5 min ABŞ dolları və ya 56,2% azalaraq 9 344,8 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 21 340,3 min dollar dəyərində 39 397,1 ton neft və neft məhsulları idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR