Gürcüstan Azərbaycandan qaz idxalını 6%-dən çox artırıb

Gürcüstan Azərbaycandan qaz idxalını 6%-dən çox artırıb
# 19 mart 2020 11:19 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycandan neft qazları və digər qazlı karbohidrogenlərin idxalı illik ifadədə 31 317,2 ton və ya 6,4% artaraq 517 332,2 tona çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İdxal edilən məhsulun dəyəri 89 233,8 min ABŞ dolları təşkil edib. Ötən ilin ilk iki ayında isə Gürcüstan Azərbaycandan 83 872,0 min dollar (artım 6,4%) dəyərində 486 015,0 ton neft qazları və digər qazlı karbohidrogenlər idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR