Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb
# 20 avqust 2020 10:30 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 142 083,5 min ABŞ dolları dəyərində 998 887,8 ton qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik müqayisədə 31 445,2 min dollar və ya 18,1%, həcmi isə 48 815,4 ton və ya 4,65% azalıb. Belə ki, 2019-cu ilin analoji dövründə Gürcüstan Azərbaycandan 173 528.7 min dolları dəyərində 1 047 703,2 ton qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR