Gürcüstan bu il benzin və dizel idxalını cüzi artırıb

Gürcüstan bu il benzin və dizel idxalını cüzi artırıb
# 16 dekabr 2019 12:22 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 992,6 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 min ton və ya 0,2% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, yanvar-noyabr ayları ərzində Gürcüstan 501,6 min ton benzin idxal edib. Bu əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 3,8 min ton və ya 0,8% çoxdur. Hesabat dövründə Gürcüstanın idxal etdiyi dizel yanacağının həcmi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 min ton və ya 0,4% azalaraq 490,7 min ton təşkil edib.

Qeyd olunur ki, ilin ilk 8 ayı ərzində ölkədə dizel yanacağının idxalı azalsa da, sentyabr ayından etibarən nəzərə çarpan artım qeydə alınıb. Yanvar-avqustda dizel yanacağının idxalı 327,7 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 min ton və ya 11,6% azdır. Sentyabr-noyabr ayları ərzində isə Gürcüstan ümumilikdə 40,6 min ton dizel yanacağı idxal edilib.

Yanacaq kateqoriyalarına gəldikdə isə Gürcüstan yanvar-noyabr ayları ərzində 328,6 min ton Aİ-91 markalı benzin (artım 65,5%), 163,6 min ton Aİ-95 markalı benzin (artım 32,6%) və 9,7 min ton Aİ-98 markalı benzin (artım 1,9%) idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR