Gürcüstan elektrik enerjisinin idxalını 18% artırıb

Gürcüstan elektrik enerjisinin idxalını 18% artırıb
# 19 iyun 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Gürcüstanın neft və neft yağları idxalının dəyəri illik müqayisədə 29,6% azalaraq 195 633 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Gürcüstanın ümumi idxalının 6,6%-i neft və neft yağlarının payına düşüb. 2019-cu ildə isə Gürcüstan 277 906,3 min dollar dəyərində neft və neft yağları idxal edib.

Hesabat dövründə Gürcüstanın qaz idxalı isə illik müqayisədə 0,6% azalaraq 167 382 min dollar təşkil edib. Qaz idxalı bu il ümumi idxalın 5,6%-ni təşkil edib.

Yanvar-may ayları ərzində Gürcüstanın elektrik enerjisi idxalının dəyəri isə illik ifadədə 17,5% artaraq 31 868,3 min dollar təşkil edib. Elektrik enerjisi idxalı Gürcüstanın ümumi idxalının 1,1%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR