Gürcüstan mayda Azərbaycandan 130 ton sürtkü yağı idxal edib

Gürcüstan mayda Azərbaycandan 130 ton sürtkü yağı idxal edib
# 10 iyun 2020 12:14 (UTC +04:00)

Cari ilin may ayında Gürcüstan Azərbaycandan 0,13 min ton sürtkü yağı idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycandan idxal ümumi idxalın 12,3%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın ən çox sürtkü yağı idxal etdiyi üçüncü ölkə olub. May ayında Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkə İran olub – 0,26 min ton. Bu, ümumi idxalın 24,5%-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın ümumi idxalı 1,06 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR