Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi azalıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi  azalıb
# 22 aprel 2020 09:53 (UTC +04:00)

2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstanın neft və neft məhsulları idxalının dəyəri illik müqayisədə 0,1% azalaraq 150 352,3 min dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib. Hesabat dövründə idxal edilən neft və neft məhsullarının bu ölkənin ümumi idxalındakı payı 7,5% təşkil edib.

Yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 9 344,8 min dollar dəyərində neft və neft məhsulları idxal edib ki, bu da qonşu ölkənin bu kateqoriyadan olan məhsul idxalının 6,2%-nə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi 23 544.,9 ton təşkil edib ki, bu da illik müqayisədə 40,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR