Gürcüstanın builki neft bitumu idxalının 60%-i Azərbaycanın payına düşüb

Gürcüstanın builki neft bitumu idxalının 60%-i Azərbaycanın payına düşüb
# 15 sentyabr 2020 12:24 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 44 min ton neft bitumu idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal ümumi idxalın 60,4%-nə bərabər olub. Yanvar-avqust ayları ərzində Gürcüstan İrqadan 16,2 min ton (22,2%), İrandan 7,6 min ton (10,4%), Rusiyadan 3,2 min ton (4,4%), Ermənistandan 0,9 min ton (1,2%), Türkiyədən 0,8 min ton (1,1%), BƏƏ-dən 0,2 min ton (0,3%) neft bitumu idxal edib.

Yanvar-avqust ayları ərzində Gürcüstanın neft bitumu idxalının ümumi həcmi 72,9 min ton təşkil edib ki, bu da illik müqayisədə 37,6 min ton və ya 34% azdır.

Təkcə cari ilin avqust ayında isə Gürcüstanın neft bitumu idxalı illik müqayisədə 0,5 min ton və ya 3,1% azalaraq 15,6 min ton neft bitumu idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR