Hindistan neft ehtiyatlarının bir hissəsini ABŞ-da saxlayacaq

Hindistan neft ehtiyatlarının bir hissəsini ABŞ-da saxlayacaq
# 20 iyul 2020 12:25 (UTC +04:00)

Hindistan xam neft ehtiyatlarının bir hissəsini ABŞ-da saxlamaq niyyətindədir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Press Trust of India" hökumətdəki mənbələrinə istinadən xəbər verir.

"Hindistanın özünə məxsus yeni strateji neft anbarlarının yaradılması üçün böyük maliyyə vəsaiti tələb olunacaq və proses bir neçə il çəkəcək. Hindistan neftinin saxlanması üçün ABŞ-da strateji anbar obyektlərinin icarəsinin xərci isə kiçik olacaq", - deyə mənbə bildirib.

Mənbənin fikrincə, ABŞ-da saxlanılan neft Hindistan tərəfindən öz ehtiyacları üçün istifadə oluna bilər və dünya bazarında qiymətlərin artması təqdirində satıla bilər. Lakin sözügedən xammal dəyərdən düşərsə, ölkə zərər çəkəcək.

"Belə bir vəziyyət enerji təhlükəsizliyimizə zərər verə bilər. Hindistan ABŞ-da öz neftinə dərhal çıxış əldə edə bilməyəcək, onun tədarükü bir ay çəkəcək", - deyə mənbə qeyd edib.

Vaşinqton və Nyu-Dehli iyulun 17-də ABŞ tərəfindən Hindistanın strateji neft ehtiyatlarının yaradılması üçün nou-haunun təqdim edilməsini, habelə Texas və Luiziana ştatlarında yeraltı neft anbarlarının icarəyə verilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Qeyd edək ki, ABŞ 714 mln. barel tutumu ilə dünyanın ən böyük strateji neft ehtiyatlarının anbarlarına malikdir. Hindistanın neft ehtiyatları hazırda 5,3 mln. ton səviyyəsindədir və ölkənin şərq və qərb sahillərindəki anbarlarda saxlanılır. Hindistan hökumətinin planına görə, milli neft ehtiyatlarının həcmi 6,5 mln. tona qədər artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR