IEA: Dünyada gündəlik neft hasilatı artıb

IEA: Dünyada gündəlik neft hasilatı artıb
# 12 noyabr 2020 15:37 (UTC +04:00)

Bu ilin oktyabr ayında dünyada gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 0,2 mln. barel artıb.

Bu barədə "APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, oktyabrda Liviyada və Şimal dənizində hasilatın gözləniləndən daha sürətli bərpası gündəlik qlobal neft tədarükünü 91,2 mln. barelə çatdırıb. Bu artım əsasən qasırğalar səbəbindən ABŞ-da hasilatın aşağı düşməsi və BƏƏ-də neft hasilatının azaldılmasının davam etməsi ilə balanslaşdırılıb.

"Nəticədə, hasilat həcmi sentyabr ayı ilə müqayisədə 0,2 mln. barel artıb, illik ifadədə isə 10 mln. barel azalıb", - hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR