IEA neftin qiyməti üzrə uzunmüddətli proqnozunu endirib

IEA neftin qiyməti üzrə uzunmüddətli proqnozunu endirib
# 13 oktyabr 2020 10:35 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) neftin qiyməti üzrə uzunmüddətli proqnozunu endirib.

"APA-Economics" IEA-in "World Energy Outlook" (WEO) uzunmüddətli illik proqnozuna istinadən verdiyi məlumata görə, agentlik 2025-ci il üçün bir barel neftin orta qiymətini 70 ABŞ dollarınadək, 2030-cu il üçün isə 75 dollaradək endirib.

"Bu, qismən böhranın istehsal xərclərinin azalmasına səbəb olması ilə əlaqədardır. Eyni zamanda, bu, ənənəvi neft istehsalçılarının ABŞ-da şist neft istehsalında sürətli artımını və ya istehlakçıların digər enerji mənbələrinə daha sürətli keçidini təhrik edəcək qədər qiymət artımlarının qarşısını alacaq şəkildə fəaliyyət göstərməsi ilə izah olunur", - deyə hesabatda bildirilir.

IEA 2025-ci ilədək neftin qiymətinin 70 dollara qədər yüksəlməsinə cavab olaraq, neft-qaz sektoruna investisiyaların davamlı artacağını proqnozlaşdırır. Bundan əlavə, agentliyə görə, OPEC-in bazarı tənzimləmək cəhdlərinin davam edəcəyi və bəzi istehsalçılar gəlirlərini stabil saxlamaq üçün hasilatı artırmayacaqları gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR