İraq neft ixracını avqustda 6% azaldıb

İraq neft ixracını avqustda 6% azaldıb
# 29 sentyabr 2020 14:27 (UTC +04:00)

İraq avqust ayında orta gündəlik neft ixracını iyul ayına nisbətən 6% azalaraq 2,596 mln. barelə endirib.

"APA-Economics" xəbər verir ki, bu barədə İraqın "State Oil Marketing Organization" (SOMO) dövlət neft şirkətinin məlumatında deyilir.

İyul ayının sonunda İraqda gündəlik orta tədarük həcmi 2,763 mln. barel təşkil edib.

Nəticədə, İraq avqust ayında ümumilikdə 80,494 mln. barel, iyul ayında isə 85,663 mln. barel neft ixrac edib. Avqust ayında Bəsrə yataqlarından ixrac 77,5 mln. barel, Kərkük yataqlarından isə 2,989 mln. barel təşkil edib.

Hesabat dövründə İraqın neft ixracından əldə etdiyi gəlirlər 3,492 mlrd. ABŞ dollarına (neftin bir barelinin orta qiyməti 43,38 dollar olduğu dövrdə) bərabər olub. İyul ayında bu göstərici təxminən 3,42 mlrd. dollar (orta qiymət 40,76 dollar olduğu dövrdə), 2019-cu ilin avqust ayında isə 6,413 mlrd. dollar (orta qiymət 54,41 dollar olduğu dövrdə) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR