KİV: Türk şirkətlərinin "Qazprom"a 2 mlrd. dollar borcu yaranıb

KİV: Türk şirkətlərinin "Qazprom"a 2 mlrd. dollar borcu yaranıb
# 16 iyun 2020 11:43 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkətindən uzunmüddətli "al və ya ödə" ("take-or-pay") müqavilələri çərçivəsində böyük həcmdə qazın alınması öhdəliklərini üzərinə götürən yeddi özəl türk şirkəti Rusiya şirkətinə təxminən 2 mlrd. ABŞ dolları həcmində borcu yaranıb.

Bu barədə "APA-Economics" "The Wall Street Journal"a istinadən xəbər verir.

Məlumata əsasən, 2019-cu ilin nəticələrinə görə, bu şirkətlər Rusiya qazının alınmasını minimal kontrakt həcmlərindən əhəmiyyətli dərəcədə azaldıb. Bu da böyük borcun yaranmasına səbəb olub.

Nəşrin yazdığına görə, hazırda Türkiyə tərəfi hazırkı vəziyyəti məhkəməsiz həll etmək üçün "Qazprom" la danışıqlar aparır.

Qeyd edək ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin məlumatına görə, ötən il Rusiyadan Türkiyəyə təxminən 15,19 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR