KİV: TAP-ın Yunanıstan hissəsi artıq hazırdır

KİV: TAP-ın Yunanıstan hissəsi artıq hazırdır
# 25 noyabr 2019 10:47 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) Yunanıstan hissəsi hazırdır və sınaq işlərinə artıq dekabr ayının əvvəlində başlayacaq.

Bu barədə “APA-Economics” yunan mediasına istinadən xəbər verir.

İstifadəyə verilmə mərhələsində qazın təhlükəsiz kommersiya nəqlini təmin etmək məqsədilə boru kəməri ilə kiçik həcmdə təbii qaz buraxılacaq. Boru kəməri artıq təzyiq altında su vurularaq struktur qüsurları üçün sınaqdan keçirilib. Kəmərin istismara verilmə mərhələsi bir neçə ay davam edəcək, lakin kommersiya qazının nəqli 2020-ci ildə başlayacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR