Kaliforniya sahillərində anomal sayda tanker toplanıb

Kaliforniya sahillərində anomal sayda tanker toplanıb
# 27 aprel 2020 10:58 (UTC +04:00)

ABŞ sahil mühafizəsi Kaliforniya ştatının cənub sahillərindəki "Long Beach" və "Los Angeles" limanları ərazilərində anomal sayda neft tankerlərinin toplanmasını müşahidə edir.

Bu barədə "APA-Economics" TASS-a istinadən xəbər verir.

Məlumata əsasən, vəziyyətin unikallığı səbəbindən sahil mühafizəsi lövbərlənmiş gəmilərin təhlükəsizliyinin və ətraf mühitin qorunması üçün iş metodlarını daim təhlil edir və uyğunlaşdırır.

Qeyd edilir ki, xeyli sayda neft tankerlərinin toplanması həmçinin Malta, Cənubi Afrika sahillərində və digər yerlərdə qeydə alınıb. Bu, ticarətçilərin gəmilərdən bazarda təklifin həddindən artıq olması və quruda anbarda boş yerin olmaması səbəbindən neftin uzun müddətli saxlanılması üçün istifadə etmələri ilə izah edilir.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) səbəbindən qlobal neftə olan tələbat kəskin azalıb və bu da bir sıra mənfi nəticələrə gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR