"Lukoil" Avropadakı NEZ-ləri tam olaraq Rusiya neftinə keçirib

"Lukoil" Avropadakı NEZ-ləri tam olaraq Rusiya neftinə keçirib
# 27 aprel 2020 14:35 (UTC +04:00)

"Lukoil" şirkəti xarici neft emalı zavodlarını (NEZ) yalnız Rusiya nefti ilə təmin edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, törəmə şirkəti olan "Litasco" "Lukoil"in xarici ölkələrdə yerləşən NEZ-ləri yalnız Rusiya neftinin emalına keçirilib ki, bu da sözügedən zavodları dayanıqlı neftlə təmin etməyə və Rusiyadan olan tədarükdə problem yaşamamağa imkan yaradıb.

Yanacağa olan tələbat ortalama 40-50%, aviasiya yanacağına isə tələbat 75-80% azalıb, V. Ələkbərov deyib.

Qeyd edək ki, "Lukoil"in Rusiyada dörd (Perm, Volqoqrad, Nijni Novqorod və Uxta), Avropada üç (İtaliya, Rumıniya, Bolqarıstanda) NEZ-i mövcuddur. Bununla yanaşı, şirkət Niderlandda neft emal zavodlarının 45% payına malikdir. Sözügedən NEZ-in ümumi illik gücü 84,6 mln. ton neft təşkil edir.

Xatırladaq ki, "Lukoil"in 18 ölkədə (həmçinin Azərbaycanda) 5,2 min yanacaqdoldurma məntəqəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR