"Lukoil" "Brent" neftinin WTI kimi kəskin ucuzlaşmasını istisna etmir

#
# 18:17
27 aprel 2020

Rusiyanın "Lukoil" şirkəti "Brent" markalı xam neftin may ayı üçün WTI markalı neftin fyuşersləri kimi mənfi göstəricilərinədək kəskin ucuzlaşmasını istisna etmir.

"APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir ki, qiymətin kəskin azalması yeni növ koronavirus pandemiyası nəticəsində tələbin azalması və anbarların artıq neftlə dolması ilə izah edilir.

Qeyd edək ki, aprelin 20-də ilk dəfə olaraq WTI markalı neftin (mayda təhvil vermək şərti ilə) qiyməti NYMEX birjasında kəskin azalaraq bir barel üçün mənfi 40,32 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR