"Mingəçevir" SES-in təhlükəsizliyi gücləndirilir - VİDEO

"Mingəçevir" SES-in təhlükəsizliyi gücləndirilir - VİDEO
# 16 mart 2020 11:22 (UTC +04:00)

"Azərenerji" ASC ölkənin ən böyük su elektrik stansiyası olan "Mingəçevir" Su Elektrik Stansiyasında (SES) təmir-bərpa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət "Mingəçevir" SES-də aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir.

Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerji sistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

Məlumata əsasən, bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

"Hazırda 1 hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq və bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR