Natia Turnava: "Azərbaycan əsas qaz təchizatçımız olaraq qalır"

#
# 12:55
18 dekabr 2019

"Azərbaycan hələ də Gürcüstanın əsas təbii qaz təchizatçısı olaraq qalır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Gürcüstanın illik təbii qaz tələbatı 2,6 mlrd. kubmetrdir, bunun da 95%-i Azərbaycanın payına düşür: "Bizim əsas qaz təchizatçımız hələ də Azərbaycandır. İlkin hesablamalara görə, bazar tələbatımız bu il 2,6 mlrd. kubmetr olacaq ki, bunun da 95%-ni Azərbaycan təmin edəcək. Rusiyadan idxal edilən qazın həcmi 160 mln. kubmetr təşkil edib ki, bu da ümumi idxalın cəmi 5%-nə bərabər olub. Bu həcmin gələn il artacağını düşünmürəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR