Naxçıvanda 58 MVt-lıq alternativ enerji istehsalı gücləri yaradılır

Naxçıvanda 58 MVt-lıq alternativ enerji istehsalı gücləri yaradılır
# 23 aprel 2021 12:15 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında alternativ enerji istehsalı sahələrinin yaradılması çərçivəsində 57,7 MVt gücündə elektrik stansiyaları tikilir.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, hazırda Ordubad rayonunda 36 MVt gücündə Ordubad Su Elektrik Stansiyasının və 15,6 MVt gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi aparılır.

Bundan başqa, Şərur rayonunda 5 MVt gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda isə 1,1 MVt gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR