Nazir müavini: "Azərbaycanda yüngül hasil oluna bilən neft yataqları olmasa da, alternativ enerji mənbələri mövcuddur"

Nazir müavini: "Azərbaycanda yüngül hasil oluna bilən neft yataqları olmasa da, alternativ enerji mənbələri mövcuddur"
# 10 dekabr 2019 10:30 (UTC +04:00)

"Hazırda Azərbaycanda yüngül hasil oluna bilən neft yataqlarının olmamasına baxmayaraq, alternativ enerji mənbələri mövcuddur".

"APA-Economics"in məlumatına görə, bunu "Baker Hughes" şirkəti tərəfindən Bakıda təşkil edilmiş "Energy Forward" adlı konfransında çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, yüngül çıxarıla bilən neft yataqlarının olmaması daha aparıcı və innovativ texnika və texnologiyalarının istifadəsini tələb edir.

Bundan başqa, bu şəraitə baxmayaraq, alternativ enerji mənbələri də mövcuddur və bu istiqamətin işlənməsinə ciddi fikir verilməlidir, deyə E. Soltanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR