Nazirlik: Hazırda neftin ədalətli qiyməti 45-55 dollardır

Nazirlik: Hazırda neftin ədalətli qiyməti 45-55 dollardır
# 27 mart 2020 12:56 (UTC +04:00)

“Hazırda bazar üçün neftin ədalətli qiyməti bir barel üçün 45-55 ABŞ dollarıdır”.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin söyləyib.

Onun sözlərinə görə, qeyd olunan qiymət bazarda tələb artımı üçün optimaldır, lakin şist layihələrinin böyüməsinə imkan vermir.

"Fikrimizcə, bazarın fəaliyyət göstərməsinə imkan verən ədalətli qiymət, hazırda bir barel üçün 45-55 dollar arasındadır. Bu, bahalı layihələrin böyüməsinə imkan vermir, eyni zamanda tələbin sabit böyüməsinə imkan yaradır", - deyə P. Sorokin qeyd edib.

Nazir müavini əlavə edib ki, dünya bazarlarında neftə olan qiymətlərin enməsində koronavirusun (COVİD-19) da rolu var. Hazırda bir barel neftin qiyməti 25 dollar civarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR