Nazirlik: Neft qiymətlərinin 10 dollara düşməsinə heç bir səbəb görmürük

Nazirlik: Neft qiymətlərinin 10 dollara düşməsinə heç bir səbəb görmürük
# 03 noyabr 2020 09:58 (UTC +04:00)

Neftin bir barelinin qiymətinin 40-55 ABŞ dolları civarında olduğu təqdirdə, "qara qızıl"ın tarixi istehsal səviyyəsi bərpa ediləcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

"Qiymətlərin yenidən 10 dollara, yəni istehsalın rentabelliyini təmin etməyəcək səviyyəyə düşməsi üçün heç bir səbəb görmürük", - deyə P. Sorokin qeyd edib.

Qeyd edək ki, "Brent" markalı etalon neftinin bu ilin aprelində qeydə alınan minimal göstərici 15,98 dollar səviyyəsində olub. Bu, "OPEC+" alyansının üzvlərini neft hasilatının məhdudlaşdırılması ilə bağlı yeni qərarlar qəbul etməyə məcbur edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR