Novak: "Gələn il neftin orta qiyməti 50-55 dollar ola bilər"

Novak: "Gələn il neftin orta qiyməti 50-55 dollar ola bilər"
# 04 sentyabr 2020 19:41 (UTC +04:00)

Rusiyanın Energetika naziri Aleksandr Novak 2021-ci il üçün proqnozlaşdırılan neft qiymətlərini açıqlayıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazir qeyd edib ki, gələn il neftin 1 barelinin qiyməti 65 ABŞ dollarınadək arta bilər: "2021-ci ildə neftin orta qiyməti 65 dollar ola bilər. Lakin mənim proqnozlarım belədir ki, neftin 1 barelinin orta qiyməti 50-55 dollar olacaq. Ümumiyyətlə, biz volatilliklə də qarşılaşa bilərik".

Novak 2021-ci ildə bazarın tarazlaşacağını da istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR