Novak: "Qlobal qaz tələbatı 2022-ci ildə bərpa olacaq"

Novak: "Qlobal qaz tələbatı 2022-ci ildə bərpa olacaq"
# 14 oktyabr 2020 17:06 (UTC +04:00)

Bu il qlobal qaz tələbatı 2,8-6% azalacaq, 2021-ci ildə isə dünya iqtisadiyyatının bərpası qaz sənayesinin zərərlərini ödəyə bilməyəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Nazir hesab edir ki, qaz enerji transformasiyasının ayrılmaz hissəsi olaraq qalacaq və qlobal enerji balansındakı payını 2050-ci ilədək 27%-ə çatdıracaq.

Bununla yanaşı, mayeləşdirilmiş təbii qazın (LNG) qlobal ticarəti 2020-ci ildə yalnız 3-3,5% artacaq, LNG istehsal müəssisələrinin istismara verilməsi sürəti isə yavaşlayacaq və bazarda LNG tədarükü azalacaq.

Novakın sözlərinə görə, tələbatın mümkün canlanması və yeni layihələrin başlanması fonunda 2021-ci ildə LNG satışlarının 7-7,5% artacağı istisna deyil. Gələcəkdə yeni xammal idxalçılarının meydana gəlməsi səbəbindən artım 3,5-5,5%-dək sürətlənə bilər ki, bu da 2025-ci ilədək qlobal qaz istehlakının artırılmasına kömək edəcək.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görtə, 2020-ci ildə qlobal qaz tələbatı 4% azalacaq (150 mlrd. kubmetr).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR