OPEC: Ötən il qlobal gündəlik neft tələbatı 9,8% azalıb

OPEC: Ötən il qlobal gündəlik neft tələbatı 9,8% azalıb
# 14 yanvar 2021 16:58 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün qlobal neft tələbatının artım tempi üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,9 mln. barel təşkil edəcək və beləliklə, bu il sözügedən göstərici 95,9 mln. barel səviyəsində olacaq.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 90 mln. barel olub, bu da illik müqayisədə 9,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR