OPEC dünyada neftə olan tələbatın artacağını proqnozlaşdırır

OPEC dünyada neftə olan tələbatın artacağını proqnozlaşdırır
# 12 fevral 2020 17:39 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) proqnozuna görə, bu il dünya üzrə gündəlik ortalama neft tələbatı 100,73 mln. barel olacaq ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 0,99 mln. barel çoxdur.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ildə dünya üzrə gündəlik ortalama neft tələbatı 98,74 mln. barel təşkil edib.

Hesabatda qeyd edilir ki, 2020-ci ilin IV rübündə dünyada neftə olan tələbat 102,38 mln. barel (2019-cu ilin müvafiq dövrü ilə 1,3% artım) olacağı gözlənilir,

Bu il üçün proqnozlaşdırılan ümumi gündəlik ortalama neft tələbatının böyük hissəsi (21,07 mln. barel) ABŞ-ın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR