"OPEC+" hasilatı azaltmaq üçün müqavilənin parametrlərini korrektə edə bilər

"OPEC+" hasilatı azaltmaq üçün müqavilənin parametrlərini korrektə edə bilər
# 17 noyabr 2020 18:04 (UTC +04:00)

"OPEC+" ölkələri istənilən vaxt neft hasilatını azaltmaq üçün müqavilə şərtlərinə düzəliş edə bilər.

"APA-Economics"in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclasında deyib.

"Əbu-Dabidə qeyd etdiyim kimi, lazım gələrsə sazişi hər an korrektə edə bilməliyik", - nazir bildirib.

Onun sözlərinə görə, "OPEC+" ölkələrində və bu razılaşma xaricində neft istehsalında may ayından oktyabr ayınadək ümumi azalma 1,6 mlrd. barel təşkil edib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR