"OPEC+" komitəsi razılaşmanın mövcud şərtlərini iyunadək uzatmağı tövsiyə edib

"OPEC+" komitəsi razılaşmanın mövcud şərtlərini iyunadək uzatmağı tövsiyə edib
# 27 aprel 2021 18:40 (UTC +04:00)

"OPEC+" ölkələrinin nazirlərinin monitorinq komitəsi alyansa may-iyul ayları üçün neft hasilatının azaldılmasına dair razılaşmanın mövcud şərtlərini saxlamağı tövsiyə edib. Aprelin 28-də "OPEC+" ölkələrinin nazirlərinin nəzərdə tutulmuş iclası iyun ayınadək təxirə salınıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ittifaqda olan etibarlı mənbə deyib.

Bundan əlavə, komitənin bu gün dərc olunmuş hesabatına əsasən OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs olan "OPEC+" ölkələri razılaşmada iştirak edən, lakin öhdəliklərini tam yerinə yetirməyən iştirakçılar üçün (öhdəliklər üzrə – red.) kompensasiya müddətini 2021-ci ilin sentyabr ayının sonuna qədər uzadıblar.

Məlumata görə, kompensasiya müddətinin uzadılması qərarı razılaşma çərçivəsində öhdəliklərini aşağı uyğunluq dərəcələri olan bəzi ölkələrin istəyi ilə verilib və "OPEC+" ölkələri mart ayında 113% təmin ediblər.

Qeyd edək ki, Azərbaycanda "OPEC+" razılaşmasının iştirakçısıdır. Ölkə mart ayında razılaşma çərçivəsində öhdəliklərini tam yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR