"OPEC+" kvotalara riayət olunması məsələsini müzakirə edir

"OPEC+" kvotalara riayət olunması məsələsini müzakirə edir
# 18 iyun 2020 18:31 (UTC +04:00)

Bu gün keçirilən onlayn iclasda “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) monitorinq komitəsinin nazirləri may ayı üçün hasilatın azaldılması ilə bağlı razılaşmada kvotalara riayət olunması məsələsini müzakirə edir.

APA-Economics”in məlumatına görə, bu barədə TASS mənbəyinə istinadən xəbər verir.

Məlumata əsasən, iclasdan sonra öhdəliklərini yerinə yetirməyən ölkələr növbəti aylar üçün razılaşmanın yerinə yetirilməsinin ətraflı cədvəlini təqdim etməlidirlər.

"Anqola və İraqın geridə qalmasını müzakirə etdik. Geridə qalanların hamısı önümüzdəki aylar üçün dəqiq bir cədvəl təqdim etməlidirlər", - mənbə qeyd edib.

Qeyd edək ki, may ayında neft hasilatını gündəlik 9,7 mln. barel azaldılması barəsində razılaşmaya qatılan “OPEC+” ölkələri kvotanı 87% təmin ediblər. OPEC-in 10 ölkəsi razılaşmanı 84%, qeyri-OPEC ölkələrini isə 92% yerinə yetiriblər.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

İclasda əldə edilən razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR