"OPEC+" öhdəliklərini yerinə yetirməyən ölkələr gündəlik hasilatı əlavə 2,33 mln. barel azalda bilər

#
# 10:06
16 oktyabr 2020

Öhdəliklərini tam yerinə yetirməyən "OPEC+" ölkələri əlavə olaraq gündəlik neft hasilatını 2,33 mln. barel azaltmalı olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "OPEC+"dan olan mənbələr "Reuters"ə bildirib.

Bundan əvvəl, cari ilin sentyabr ayında Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman sözügedən ölkələrin gündəlik hasilatı 2,4 mln. barel azaltmalı olduğunu bildirmişdi.

Qeyd edək ki, "OPEC+" razılaşmasının icrasına bu ilin may ayında 3 ay müddətində gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə başlanılıb. Avqust ayından ittifaq hasilatı azaltmağı davam etdirdi, lakin daha az həcmlərlə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə – 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 mln. barel.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR