"OPEC+" öhdəliklərini yerinə yetirməyən ölkələri hasilatı dərhal azalmağa çağırıb

"OPEC+" öhdəliklərini yerinə yetirməyən ölkələri hasilatı dərhal azalmağa çağırıb
# 20 oktyabr 2020 09:48 (UTC +04:00)

"OPEC+" neft hasilatının azaldılması sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməyən ölkələri onları dərhal icra etməyə çağırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclasının yekunlarına dair açıqlamasında deyilir.

"Komitə yenidən geri qalan ölkələri təzminat planı daxil olmaqla öhdəliklərini dərhal yerinə yetirməyə çağırıb", - açıqlamada qeyd olunub.

Komitə onu vurğulayıb ki, aşağı məhsuldarlıq göstəriciləri digər yüksək nəticə göstərən ölkələrə qarşı ədalətsiz olmaqla yanaşı, həm də neft bazarının balanslaşdırılması üçün zərərlidir.

Qeyd edək ki, "OPEC+" razılaşmasının icrasına bu ilin may ayında 3 ay müddətində gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə başlanılıb. Avqust ayından ittifaq hasilatı azaltmağı davam etdirdi, lakin daha az həcmlərlə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə – 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 mln. barel.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR