"OPEC+" ölkələri mayda razılaşmanı 89% yerinə yetirib

#
# 13:10
16 iyun 2020

Bu ilin may ayında "OPEC+" ölkələri hasilatın azaldılması razılaşması üzrə planı 89% yerinə yetiriblər.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, aparılan işlər çərçivəsində razılaşma iştirakçıları bazardan artıq olan gündəlik  9,7 mln. barelin əvəzinə 8,6 mln. bareli çıxarda biliblər.   

Məlumata əsasən, 10 OPEC ölkəsi (İran, Liviya və Venesuela hasilatı azaltmaqdan azaddır) may ayında hasilatı gündə 5,2 mln. barel azaltmaqla razılaşma çərçivəsində öhdəliyi 86% yerinə yetirə biliblər. Razılaşmaya qatılan qeyri-OPEC ölkələri, əksinə, OPEC tərəfdaşlarına nisbətən hasilatı daha çox azalda biliblər. Rusiya və Azərbaycan planı tam təmin etməyə yaxın olublar.  

 

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel  həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR