"PSA Group"un Avropada satışları sentyabrda 12% azalıb

"PSA Group"un Avropada satışları sentyabrda 12% azalıb
# 16 oktyabr 2020 17:00 (UTC +04:00)

Sentyabr ayında "Peugeot", "Citroen", "Opel"/"Vauxhall" və DS avtomobillərinin istehsalçısı olan "PSA Group" şirkətinin Avropada satışları aylıq müqayisədə 11,8% azalaraq 140 970 vahidə enib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında deyilir.

Yanvar-sentyabr aylarında "PSA Group" Avropa bazarında 1 079 589 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,8% azdır. Avtomobil istehsalçısının bazardakı payı sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 2,5 faiz bəndi azalaraq 15,1% təşkil edib.

"PSA Group"a daxil olan avtomobil brenlərinin 2020-ci ildə Avropa üzrə satış həcmlərı və dinamikası:

Brend

Sentyabr, ədəd

Aylıq müqayisə, %

Yanvar-sentyabr, ədəd

İllik müqayisə, %

Peugeot

140 970

4,3

476 656

-28,2

Citroen

64 323

-7,1

302 647

-32,9

Opel/Vauxhall

34 973

-34,1

272 364

-49,1

DS

2 931

-14,1

27 922

-13,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR