Polşa Ukraynaya qaz ixracını kəskin artırıb

Polşa Ukraynaya qaz ixracını kəskin artırıb
# 19 noyabr 2020 17:21 (UTC +04:00)

Polşa Ukraynaya qaz ixracını dəfələrlə artırıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Polşanın PGNIG neft-qaz konserninin İdarə Heyətinin sədrinin müavini Yaroslav Vrubel deyib.

"Ukraynaya qaz ixracatında çox əhəmiyyətli bir artım qeydə alınıb ", - deyə Y. Vrubel bildirib.

Şirkət rəsmisi qeyd edib ki, 2019-cu ildə Polşa Ukraynaya 0,33 mlrd. kubmetr qaz tədarük edib, 2020-ci ildə isə bu rəqəm 0,95 mlrd. kubmetrə çatacaq.

Qeyd edək ki, bundan əvvəl Polşa tərəfi Ukraynanın birləşdirici kəmərin tikəcəyi təqdirdə Polşanın Ukraynaya ildə 6 mlrd. kubmetr qaz verə biləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR