"Qazprom" qaz ehtiyyatlarını 513 mlrd. kubmetr artırmağı planlaşdırır

"Qazprom" qaz ehtiyyatlarını 513 mlrd. kubmetr artırmağı planlaşdırır
# 24 aprel 2020 11:07 (UTC +04:00)

Ötən il "Qazprom" şirkəti geoloji kəşfiyyat hesabına Rusiyada öz qaz ehtiyyatlarını 555,6 mlrd. kubmetr, neft və kondensat ehtiyyatlarını isə 12,1 mln ton artırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı şirkətin korporativ jurnalına istinadən xəbər verir.

Məlumata əsasən, beləliklə, ötən ilin nəticələrinə görə, şirkət üzrə qaz ehtiyyatlarının bərpası əmsalı 1,11 təşkil edib.

Cari ildə "Qazprom" qaz ehtiyyatlarını ən azı 512,7 mlrd. kubmetr artırmaq planlaşdırır. Maye karbohidrogenlər üzrə artım 2,5 mln. ton səviyyəsində proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR